“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında - TƏFƏRRÜAT

“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında - TƏFƏRRÜAT
MARAQLI
19:19 04.04.2018
16476

"YouTube”un ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən ofisində atəş açaraq 3 nəfəri yaralayan və daha sonra intihar edən iranlı Nəsim Nəcəfi Ağdam haqqında bəzi təfərrüatlar məlum olub.

 

İKT.lent.az-ın xəbərinə görə, San Dieqo şəhərinin sakini, 39 yaşlı Nəsim Nəcəfi Ağdam özünü "fars azərbaycanlısı”, "fars-Azərbaycan mədəniyyət vegeterianı” kimi epitetlərlə tanıdıb. O, heyvan hüquqlarının aktiv müdafiəçilərindən olub, bununla bağlı keçirilən müxtəlif aksiyalara qatılıb. Bodibildinqlə də məşğul olan qadın özünün "YouTube” kanalında sağlam və humanist həyat tərzini təbliğ edib. Kanalın 5 minə yaxın abunəçisi olub. 2009-cu ildə "Los Angeles Times” qəzeti Nəsim Nəcəfi Ağdamdan müsahibə götürüb. Qadın müsahibəsində ordu təlimlərində donuzlardan istifadə olunmasını tənqid edib.

 

 

N. N. Ağdam son vaxtlar "YouTube” video xidmətinin siyasətindən narazı qalıb. O, videolarının senzuraya məruz qaldığını, filtrasiya olunduğunu deyib və bunun nəticəsində daha az gəlir əldə etməsindən şikayətlənərək dünyada əsl söz azadlığını mövcud olmadığını vurğulayıb. "Siz həqiqəti söylədiyiniz üçün təzyiqə məruz qalacaqsınız, çünki həqiqət sistem tərəfindən dəstəklənmir”, - deyə qadın söyləyib. N. N. Ağdam "YouTube”un məxsus olduğu "Google” şirkətini "korrupsiyalaşmış sistem” adlandırıb.     

 

Hadisədən əvvəl, gecə vaxtı polis əməkdaşları küçədə dayanmış avtomobildə yatan qadın aşkarlayıblar. Bu, Nəsim Ağdamın ailəsinin onun itkin düşdüyü barədə polisə müraciətindən bir neçə gün sonra baş verib. Onun atası Nəsim İsmayıl Ağdam polisi xəbərdar edib ki, qızı "YouTube” ofisinə gedə bilər, çünki bu şirkətə nifrət edir. Polis Nəsim Ağdamla bu barədə söhbət aparıb, lakin onu saxlamağa ehtiyac görməyib. Ailəsinə xəbər verilib ki, hər şey qaydasındadır. Bir neçə saat sonra isə Nəsim Ağdam "YouTube” ofisində məlum insidenti törədərək 3 nəfəri odlu silahdan açdığı atəşlə yaralayıb, sonra isə özünü vurub. Yaralılardan ikisi – 36 yaşlı kişi və 32 yaşlı qadın ağır vəziyyətdədir, 27 yaşlı qadının durumu isə orta ağırdır.  

 

"YouTube” administrasiyası Nəsim Nəcəfi Ağdamın kanalını silib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı
18:38 06.08.2026
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı
Rusiyada avtomobil piyadaların üzərinə sürdü
18:25 06.08.2026
Rusiyada avtomobil piyadaların üzərinə sürdü
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
18:11 06.08.2026
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI