“Youtube” sosial şəbəkəsi uşaqlar üçün tətbiqetməsini istifadəyə verib.
AZXEBER.COM “aljazeera.com”-a istinadən xəbər verir ki, uşaqların mobil telefonlara olan marağı böyük şirkətlərə yeni layihələr həyat keçirməyə sövq edir.
Belə ki, “Youtube” şəbəkəsi uşaqlar üçün Android və iOS əməliyyat sistemli qurğulara yüklənə bilən xüsusi tətbiqetmə hazırlayıb.
Hələ ABŞ-da aktiv olan “Youtube Kids” adlı tətbiqetmə ilə valideynlər axtarışlarda düzəlişlər və məhdudiyyətlər həyata keçirə, eyni zamanda istifadə müddətini müəyyənləşdirə biləcəklər.