İki gündən bəri barəsində xəbər olmayan gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı nəhayət, uzun sürən axtarışlardan sonra tapılıb. Nəsimi məhkəməsinin ona 10 sutka həbs cəzası kəsərək izalyatora göndərdiyi məlum olub. Jurnalisti polisə müqavimət göstərməkdə təqsirləndiriblər. İş yoldaşlarının dediyinə görə, hadisə baş verən gün onun əynində “sing for democracy” ("Demokratiya naminə oxu") yazılmış köynək, əlində "Nida"nın bukletləri olub və sonuncu dəfə ondan xəbər "28 May" metrostansiyası yaxınlığından gəlib.