Yoxsullara şad xəbər - VİDEO

Yoxsullara şad xəbər - VİDEO
İQTİSADİYYAT
13:32 21.04.2013
3065
Azərbaycan mayın 23-24-də Dünya Bankı Parlament Şəbəkəsinin illik görüşünə ev sahibliyi edəcək. Dünya Bankının 200 nəfərdən ibarət nümayəndə heyəti təşkilatın gələcək perspektivlərini müzakirə etmək üçün Bakıya gələcək. Bununla bağlı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun “Yaz görüşləri” toplantısından ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı reportaj hazırlayıb.Azərbaycana gələcək 200 nəfərlik nümayəndə heyətinin 150-ni dünyanın müxtəlif ölkələrindən olan millət vəkilləri, 50-ni isə Dünya Bankının katibliyi və rəhbərliyinin nümayəndələri təşkil edəcək. Bu barədə Vaşinqtonda Dünya Bankının “Yaz görüşləri” toplantısında iştirak edən azərbaycanlı millət vəkili Ceyhun Osmanlı məlumat verib: “Bizim məqsədlərimizdən biri ondan ibarətdir ki, Azərbaycan nümayəndələri Dünya Bankı Parlament Şəbəkəsinin İdarə Heyətində təmsil olunsun və biz buna nail olmaq üçün hal-hazırda fəal işlər aparırıq”.Dünyanin hər yerindən olan maliyyə nazirləri, mərkəzi bank və özəl sektor nümayəndələrinin iştirak etdiyi “Yaz görüşləri” toplantısı Vaşinqtonda öz işinə başlayıb. Nüfuzlu yaz görüşləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yeni konsepsiyasının müzakirəsinə həsr olunub. Onun məqsədi 2030-cu ilədək bütün ölkələrdə yoxsulluğu aşağı salmaq, ən yoxsul təbəqənin gəlirini 40 faiz artırmaqdır. Millət vəkili Azərbaycanın 20 illik müstəqillik dövründə kasıb ölkə statusundan başlayaraq, orta gəlirli, indi isə yuxarı orta gəlirli ölkəyə çevrilməsini vurğulayır. Onun sözlərinə görə, bu Azərbaycanın Dünya Bankı ailəsində münasibətlərini xeyli təsirləndirir.Millət vəkili Ceyhun Osmanlı: “Əgər Azərbaycan illər öncə kasıb ölkə kateqoryasında beynəlxalq donorlar vasitəsilə Beynəlxalq İnkişaf Agentliyindən dəstək alırdısa, artıq Azərbaycanın özünün donor ölkəsinə çevrilmək niyyəti var. Belə ki, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinə olan borcunu bu il ödəyib bitirməyi qarşıya məqsəd qoymuşdur”.Hələ 7 gün davam edəcək yaz görüşləri ölkələrdəki yeni reallıqları nəzərə alaraq, dəyişikliklərə uyğunlaşmağı qarşısına məqsəd qoyub. Təşkilatçıların fikrincə, sosial ədalətsizliyin böyük olduğu, lakin inkişaf edən ölkələrin problemləri sadəcə yoxsul olan ölkələrinkindən fərqlidir. Belə hallarda Dünya Bankı birgə maliyyələşmə nəzərdə tutan təşəbbüslərə, uzun müddətli təlimlərə və digər dəstək proqramlarına üstünlük verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO
12:24 11.06.2026
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO