Yuğ Teatrının binası söküləcək

Yuğ Teatrının binası söküləcək
Bütün Xəbərlər
14:39 14.01.2016
1184
Nazirlik məlumat yaydı.
Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcəkdir.
Onu da qeyd edək ki, “Yuğ” teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.
OXŞAR XƏBƏRLƏR