Yük maşını ilə velosiped toqquşdu - FOTOLAR

Yük maşını ilə velosiped toqquşdu - FOTOLAR
Bütün Xəbərlər
13:04 14.05.2013
1080
Ələt-Astara magistral yolunun 82-ci kilometrliyində Salyanın Şörsulu kəndi ərazisində yük maşını velosipedlə toqquşub. Naxçıvan sakini Vilayət Əliyevin idarə etdiyi “Man” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən Salyannın Boranıkənd kənd sakini, 26 yaşlı Əbil Ələkbər oğlu Ağayevin velosipedilə toqquşub.Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Əbil Ağayev təcili yardım maşını ilə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada reanimasiya şöbəsində yerləşdirilən yaralıya həkimlər tərəfindən ilk tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR