Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Siyəzən rayon ərazisində olub.
Belə ki, "Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib, nəticəsində yük avtomobili əvvəlcə "Opel” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarına aşıb.
Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
///qafqazinfo///











































