"Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratdı, mən də çempion oldum" - MÜSAHİBƏ

"Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratdı, mən də çempion oldum" - MÜSAHİBƏ
İDMAN
16:36 12.04.2017
3198

"Vaxtından tez qələbə qazandım”

Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib. 

AZXEBER.COM xəbər verir ki, yarışda Azərbaycanı +90 kq çəkidə təmsil edən "Dinamo” cəmiyyətinin üzvü Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub. Artıq vətənə dönən dünya çempionunun müsahibəsini təqdim edirik:

- Şəhriyar ilk olaraq təbrik edirik. Yarış haqda məlumat verərdiniz...

- Təşəkkür edirəm. Yarışa tam hazır idim və bu yarışı çempion kimi başa vuracağıma inanırdım. Yarış həmişəki kimi ağır keçdi. Hər bir görüş digərindən ağır, çətin keçirdi. Lakin ən çətin görüşüm yarımfinalda, İspaniya təmsilçisinə qarşı oldu. İkinci raundun sonuna 12 saniyə qalmışdı. Uduzurdu. Məğlubiyyətlə barışa bilməyən idmançı, əsəblərini cilovlaya bilmədi. Ciddi mübahisə yarandı. Hətta baş məşqçisi tatamiyə çıxaraq mənim üzərimə şığıdı. Uduzmağı həzm edə bilmirdilər.Ancaq sonda qalib olduğum təsdiqləndi.Ancaq həmin idmançı heç mükafatçılar sırasına da düşmədi.

- Final necə keçdi?

- Finalda livanlı idmançı ilə üzləşdim. Çox təcrübəli idmançı idi. Hər iki raundda tam üstünlüklə qalib gəldim. Şükür Allaha, Azərbaycana üzüağ qayıtdım. İtaliyada keçirilən yarışdan sonra bu layiqli və üz ağardan qələbə oldu

- Yarışa necə hazırlaşmışdın?

- Yarışa gedən idmançı yalnız qələbə haqda düşündüyü kimi, mən də bu fikirlə getmişdim Dünya Çempionatına. Bu yarışlara birmənalı olaraq zəif idmançı olmadığı kimi, mən də zəif hazırlaşmamışdım. Sağ olsun, cənab nazirimiz Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratmışdı. Onun göstərdiyi diqqətin, qayğının nəticəsidir. Şükür Allaha, qızıl medal qazandım.

- Bu həm də Azərbaycan polisinin qələbəsidir,

 - Bəli, bu həm də Azərbaycan polisinə verilən diqqət və qayğının qələbəsidir. Ancaq finalda məğlub etdiyim livanlı idmançının polis olduğunu nəzərə alsaq, bu ikiqat sevinc deməkdir

- İlk olaraq kim təbrik etdi sizi?

- Qələbədən sonra ailə üzvlərimlə danışdı. Atam mənimlə qürü duyduğunu deyərək, təbrik etdi. Bir övlad üçün bundan gözəl təbrik ola bilməz məncə.

- Dünya çempionluğundan sonar hədəfin hansı tituldu və gələcək planların haqda nə deyə bilərsən?

 - Qarşıdan Avropa çempionatı gəlir. İki-üç gün dincəlib, yenidən məşqlərə başlayacağam. Bundan başqa da bir çox yarışlar olacaq. İnşallah, Azərbaycanın bayrağını həmişə yüksəkdə tutmaq və himnimizi səsləndirməyə davam etmək istəyirəm.

 









OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi