“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin nəticələri açıqlandı

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin nəticələri açıqlandı
SOSİAL
15:07 20.02.2021
411
"Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin "İdarəetmə bacarıqları üzrə imtahan”ının nəticələri açıqlanıb.

İmtahana qatılan 711 iştirakçıdan 309 nəfəri ən yüksək nəticə göstərərək müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak hüququ qazanıb.

Əyani mərhələnin sonuncu sınağı olan "İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. İmtahan nəticələrinin hesablanması T-ballar əsasında həyata keçirilir. İmtahanın hər bir bloku üzrə toplanıla bilən maksimum xam balın ən azı 20%-ni toplayan namizədlər arasından ümumi T-balı ən yüksək olan iştirakçılar yarımfinal mərhələsinə keçid alıb. İştirakçılar arasında maksimum T-balı 701 olan 1 nəfər, minimum T-balı 533 olan 15 nəfərdir.

Ümumilikdə Bakı üzrə 253, regionlar üzrə 56 nəfər yarımfinal mərhələsinə buraxılıb. Onlardan 262 nəfəri kişi, 47 nəfəri qadındır. Ən gənc iştirakçının 22, ən yaşlısının 49 yaşı var.

Əyani mərhələnin imtahanları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.

"Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək