"Yüksəliş" müsabiqəsinin qalibi ADY-dəki işindən ayrıldı

"Yüksəliş" müsabiqəsinin qalibi ADY-dəki işindən ayrıldı
SOSİAL
15:19 04.03.2026
312

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad olunub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Belə ki, o, yeni karyera mərhələsinə başlamaq üçün öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə isə hələlik təyinat olmayıb.

Məlumata görə, ADY-dən ayrılan A.Qasımov mobil operatorların birində öz ixtisasına uyğun vəzifə üzrə yeni işə başlayıb.

Qeyd edək ki, Anar Aslan oğlu Qasımov 1985-ci ildə anadan olub. O, dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir. A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.

OXŞAR XƏBƏRLƏR