“Yüksəliş”in onlayn imtahan hazırlığı

SOSİAL
10:08 14.02.2020
1609
"Yüksəliş” sizinlə başlasın! Bu sloqan artıq neçə aydır böyük marağa səbəb olmuş, kadr ehtiyatı bankının yaradılmasını hədəfləyən layihənin çağırışıdır. Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla təsis olunan "Yüksəliş” müsabiqəsi Onlayn mərhələ ilə namizədlərini seçməkdə davam edir.

Fevralın 16-da əsas imtahandır.
 
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini hədəfləyən müsabiqəsinin  ilk  əsas imtahanına 2 gün qalır. Müsabiqəyə qəbul edilmiş 9.775 nəfərdən 6944 namizəd artıq fevralın 8-də Onlayn mərhələnin Ümumi biliklər üzrə sınaq imtahanından keçərək, onları gözləyən növbəti mərhələlər üçün təcrübə əldə etmiş oldular. Əlbəttə ki, sınaq imtahanının nəticələri namizədlərin göstəricilərinə təsir etmir. Amma bu, əsas imtahana aid deyil. Əsas imtahanda iştirak etməyən şəxslər növbəti mərhələyə buraxılmayacaq.

Əsas imtahanda iştirakçıları nələr gözləyir?

Namizədlər tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə sualları cavablandırmalıdırlar. Yəni, sual blokları  elə ilk tanışlıqdakı kimidir. Daha təfərrüatlı desək, hər fənn üzrə 21 sual təqdim olunur. Test suallarının nəticələri testi bitirən iştirakçılara təqdim edilir. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-50 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik  fasilə  olacaq.  Bu fasilədən  istifadə etmək iştirakçıların ixtiyarındadır. 

İmtahana qatılmazdan əvvəl iştirakçıların diqqət yetirməsi vacib olduğu məqamlar da var. Belə ki, namizədlər imtahan verəcəyi məkanı əvvəldən müşahidə etməli, texniki göstəricilərini yoxlamalıdırlar. Çünki hər bir namizəd nəzərə almalıdır ki, imtahanda iştirak üçün yaranacaq hər hansı texniki məhdudiyyətə birbaşa özü məsuliyyət daşıyır. Müsabiqənin İşçi qrupu da eyni zamanda tərəfindən yaranacaq hər hansı bir problemlə bağlı öhdəliyi olan tərəfdir. İş yerindən imtahana qatılanlar isə yukselish.az saytına giriş məhdudiyyəti olmadığına əmin olmalıdırlar. Sayta firefox, safari və chrome brauzerlərdən biri vasitəsilə daxil olmmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır. Hər bir test sualının cavablandırılması müəyyən vaxtla məhdudlaşdırılıb. Bu vaxtı əldən verənin geri qayıtmaq şansı olmur. 

Çağrı Mərkəzi (1820) xidmətinizdədir

Təbii ki, layihənin işçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər daim diqqətdə saxlanılır. 
Şəffaflıq öz əlinizdədir

İmtahanın Onlayn mərhələsi sizə "dosta zəng”, əlavə internet resurslarından istifadə imkanı verir əlbəttə. Nəzarət mexanizmi yalnız özünüz, bilik və bacarığınıza əminlikdir. Bu mərhələni kənar dəstək hesabına qazananların sevinci isə uzunmüddətli olmayacaq. Nəticədə Onlayn mərhələdən üzüağ çıxanlar Əyani mərhələyə yollanır. Bu məqamda isə səriştə, ümumi erudisiya ilə yanaşı, iştirakçıların sosial intellekti, düşünmə sürəti və kommunikativ bacarıqları yoxlanılacaq. Odur ki, növbəti mərhələlərdə rəqibləri üstələmək üçün idarəçiyə xas olan daha üstün keyfiyyətlər sizi yüksəlişə aparacaq. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:02 04.08.2020

“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini

17:47 04.08.2020

Gültəkin Hacıbəyli: "Xalqın güzəranı pisləşir, buna sevinmək lazımdır" - VİDEO

17:36 04.08.2020

Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO

17:33 04.08.2020

Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”

17:23 04.08.2020

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

17:21 04.08.2020

Deputat TƏBİB-i tənqid etdi: "40 gündən çoxdur məktubuma cavab vermirlər"

17:19 04.08.2020

190 manatlıq ödənişlə bağlı - Rəsmi açıqlama

17:13 04.08.2020

Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

16:47 04.08.2020

Aparıcını oğlunun gözü qarşısında döyüb, zorlamaq istədilər - VİDEO

16:26 04.08.2020

Biləcəridə maska taxmayan 39 nəfər cərimələndi - VİDEO

16:24 04.08.2020

TƏBİB-dən koronavirus testləri ilə bağlı AÇIQLAMA

16:20 04.08.2020

"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb"

16:18 04.08.2020

İlham Əliyev Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzaladı

16:15 04.08.2020

Bu çimərliklər istifadəyə yararlıdır - SİYAHI

16:12 04.08.2020

Prezident: "Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir"

16:01 04.08.2020

Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı

X Mostbet