Özbəkistanlı məşhur müğənni Yulduz Usmanovanın ABŞ-də planlaşdırılan konserti ləğv olunub.
AZXEBER.COM xəbər verir ki, buna səbəb müğənninin beynəlxalq gündəmlə bağlı açıqlamaları olub.
Belə ki, Usmanova çıxışında ABŞ-ın siyasətini tənqid edib, İsraili açıq şəkildə qınayıb və Fələstinə dəstəyini ifadə edib.
Onun bəzi ifadələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və xüsusilə ABŞ-da müəyyən siyasi dairələrin reaksiyasına yol açıb.
Müğənni daha sonra verdiyi açıqlamada geri addım atmayacağını vurğulayaraq, "dediklərimin arxasındayam, üzr istəməyəcəyəm" deyə bildirib.
Yaranmış vəziyyət fonunda sənətçinin ABŞ-də planlaşdırılan konserti ləğv edilib.
Aysel











































