Satıcılar qiymətin artan xətt üzrə gedəcəyini istisna etmirlər.
Paytaxtın topdansatış mərkəzlərində yumurtanın qiyməti artıb.
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, bir yumurtanın qiyməti 15 qəpik oldu.
Dekabrın 16-da topdansatış ünvanlarına gedən ticarət adamlarına yumurtanın ədədi 13-14 qəpiyə təklif edilib.
Satıcıların sözlərinə görə, sonuncu dəfə broyler yumurtasını 12 qəpiyə alıb 13 qəpiyə satıbmışlar. Ancaq sonuncu qiymət artımından sonra dükanlarda yumurtanın birini 15 qəpiyə satmalı olublar.
Satıcılar qiymətin artan xətt üzrə gedəcəyini istisna etmirlər. Onların sözlərinə görə, 9-10 qəpiyə satılan yumurtanın qiyməti bu gedişlə 2011-ci ildəki kimi 25 qəpiyə qədər qalxa bilər.