Yunanıstanın Krit adası sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 140 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 74 km şimalda, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
/Report