Yunanıstanda Qərbi Nil virusu ilə bağlı yoluxma halları artmaqda davam edir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, avqustun 19-dan 26-dək ölkədə 75 yeni Qərbi Nil virusu infeksiyası qeydə alınıb.
Məlumata əsasən, son bir həftə ərzində virus səbəbilə daha 6 nəfər həyatını itirib. Bununla da ilin əvvəlindən Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 19-a çatıb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatlarına görə, Yunanıstan İtaliyadan sonra Avropada ən çox Qərbi Nil virusu halının qeydə alındığı ölkədir.
"Kathimerini” qəzetinin yazdığına görə, virusun Yunanıstanda geniş yayılmasının əsas səbəbləri ölkənin coğrafi mövqeyi, ağcaqanadların ilboyu yaşamasına imkan verən iqlim şəraiti və bəzi bələdiyyələrdə ağcaqanadlarla mübarizə proqramlarının olmamasıdır.
Gulay











































