Yunanıstanda təyyarə kənd sakininin həyətinə düşdü - VİDEO

Yunanıstanda təyyarə kənd sakininin həyətinə düşdü - VİDEO
DÜNYA
09:47 22.06.2021
481
Yunanıstanda bir mühərrikli təyyarə yaşayış evinin həyətinə düşüb.

"Skai” telekanalı məlumat verir ki, hadisə Peloponnes yarımadasının şimal-qərbindəki Pirqos şəhərindən (Elis bölgəsi) təxminən 16 km aralıda baş verib.

Qəza nəticəsində iki nəfər - pilot və sərnişin ölüb.

Təyyarə Haria kəndində evlərdən birinin həyətinə düşüb. Sakinlərdən heç biri zərər görməyib. Təyyarə qəzasından sonra kəndlilər yardım göstərmək üçün hadisə yerinə gəliblər və eyni zamanda xilasetmə briqadasına və polisə xəbər veriblər. Tezliklə altı maşında gələn 14 yanğısöndürən yanan təyyarənin qalıqları arasında iki nəfərin meyitini tapıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Faktla bağlı istintaq başladılıb.
OXŞAR XƏBƏRLƏR