Yunanıstandan Türkiyənin pilotsuz təyyarələrinə tərif: “Çox yüksək səviyyədədirlər”

Yunanıstandan Türkiyənin pilotsuz təyyarələrinə tərif: “Çox yüksək səviyyədədirlər”
DÜNYA
13:51 16.01.2024
162
Türkiyənin müdafiə sənayesi məhsulları, xüsusilə döyüş meydanlarında özünü doğrultmuş pilotsuz uçuş aparatları Yunanıstanın diqqətini çəkir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı açıqlama verən Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin aviasiya sənayesində onlardan xeyli irəlidə olduğunu bildirib.

Dendiasın ardınca Afinadakı Pantio Universitetinin Beynəlxalq Hüquq və Xarici Siyasət professoru Angelos Sirigos da Türkiyənin xüsusilə dron istehsalında çox yüksək səviyyəyə çatdığını bildirib.

Sirigos qatıldığı bir televiziya proqramında 2019-cu ildə Yunan Hava Qüvvələrinə aid "Mirage" tipli döyüş təyyarələrinin əksəriyyətinin hissələri olmadığı üçün uça bilmədiyini xatırladıb. O, Türkiyənin pilotsuz uçuş aparatlarının yüksək səviyyədə olduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR