Yunis Səfərov və digərlərinin şikayəti üzrə məhkəmə başladı

Yunis Səfərov və digərlərinin şikayəti üzrə məhkəmə başladı
KRİMİNAL
14:49 26.11.2021
573
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin apellyasiya məhkəməsi başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə 21 bənddən ibarət vəsatət təqdim ediblər. Hakimlər vəsatətlərə növbəti prosesdə baxmağı qərara alıb.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Yunis Səfərov və digərləri barəsində bu ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
12:17 11.09.2025
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
12:13 11.09.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Bu ölkədə övladlarının yanında siqaret çəkən valideynlər cərimələnəcək
12:08 11.09.2025
Bu ölkədə övladlarının yanında siqaret çəkən valideynlər cərimələnəcək
Formula 1-ə görə bu məktəblərdə dərslər onlayn olacaq
12:05 11.09.2025
Formula 1-ə görə bu məktəblərdə dərslər onlayn olacaq
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
12:00 11.09.2025
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ
11:44 11.09.2025
Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ
"Özəl məktəblərdə təhsil haqqı yüksəkdir" - DEPUTAT
11:34 11.09.2025
"Özəl məktəblərdə təhsil haqqı yüksəkdir" - DEPUTAT
"Deyir uşağı atamın evindən gətirməmişəm, sən baxmalısan" - Əməkdar artist
11:33 11.09.2025
"Deyir uşağı atamın evindən gətirməmişəm, sən baxmalısan" - Əməkdar artist
Nazir: Müəllimlər şeirin arxasında gizlənməsin, əzbərçilik oxuyub-anlamaq bacarığı deyil
11:32 11.09.2025
Nazir: Müəllimlər şeirin arxasında gizlənməsin, əzbərçilik oxuyub-anlamaq bacarığı deyil