Yunis Səfərov həbsdə ölüb? - AÇIQLAMA

SOSİAL
18:24 28.01.2019
13773

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumat yalandır: "Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.

OXŞAR XƏBƏRLƏR