Yurd TV: Milli Şuradan yeni istefalar gözlənilir - Video

SİYASƏT
13:30 11.01.2014
1321

Müsavatın Milli Şuranı tərk etməsi və bunun ardınca başlayan qarşılıqlı ittihamlar bir daha təsdiqlədi ki, daxili intriqalardan əziyyət çəkənlər, bir-birinə düşmən kəsilənlər Azərbaycana sabitlik, inkişaf gətirə bilməz.

AZXEBER.COM Yurd TV-ə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, Milli Şuranın parçalanması labüd idi.Lap əvvəldən bəlli idi ki, bu süni qurum seçki dönəmi üçün yaradılıb və perspektivi yoxdur:“Hətta mövcud olsa belə, fəaliyyət göstərsə belə, toplananların yerini dəyişdikdə, cəm dəyişmədiyinə görə həmin radikal kəsimi hər hansı formada dəstəkləyən azlıq varsa, o azlığın sayı artmayacaq, onun üzərinə yeni heç nə gəlməyəcək.Ona görə də, seçkilərdən sonra onların arasındakı ziddiyyətlər, çəkişmələr, qarşılıqlı ittihamlar təbii bir prosesdir və Müsavat partiyasının Milli Şuradan çıxması gözlənilən idi.İndi Milli Şura adlanan qurum onsuz da kağız üzərində idi, indi isə tamamilə kağız üzərindədir, formal bir qurum kimi fəaliyyət göstərəcək”.Milli Demokrat Partiyasının (MDP) sabiq sədri, Milli Şuradan istefa vermişİsgəndər Həmidovisə Milli Şuranın böhranlı vəziyyətə düşməsini daxili ziddiyyətlərlə və ayrı-seçkiliklə əlaqələndirib:“Bu ziddiyyətlər getdikcə dərinləşirdi. Əgər seçkiyə qədər iddianı boğub vahid qüvvə kimi ortaya çıxsa da, seçkidən sonra artıq ziddiyyətlər özünü büruzə verməyə başladı.Bir neçə nəfər, bir neçə partiya və partiya sədri digərlərinə yuxarıdan aşağı baxmağa başladılar”.Daha ətraflı Yurd TV-nin bu süjetində:

OXŞAR XƏBƏRLƏR