Yurd TV: Prezidentliyə namizədlərdən kimləri tanıyırsınız? - VİDEO

Yurd TV: Prezidentliyə namizədlərdən kimləri tanıyırsınız? - VİDEO
Bütün Xəbərlər
10:40 17.09.2013
1089

Prezidentliyə neçə namizəd var?

AZXEBER.COM xəbər verir ki, Yurd TV 9 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi namizədlər barədə vətəndaşlar arasında sorğu keçirib.“Neçə namizəd var və kimləri tanıyırsınız?” sualına insanların əksəriyyəti hamısını tanımadıqlarını bildiriblər.Sorğuda iştirak edənlərin böyük hissəsi yalnız İlham Əliyevi tanıdğını söyləyib.Məlumat üçün bildirək ki, MSK-nın qərarına əsasən 10 nəfərin - İlham Əliyev (YAP), İqbal Ağazadə (“Ümid”), Zahid Oruc (müstəqil), Cəmil Həsənli (Milli Şura), Fərəc Quliyev (MDHP), Qüdrət Həsənquliyev (BAXCP), Hafiz Hacıyev (MMP), Sərdar Cəlaloğlu (ADP),İlyas İsmayılov (“Ədalət”) və Araz Əlizadənin (ASDP) namizədliyi qeydə alınıb.Bu gündən etibarən isə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.Yurd TV-nin reportajı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

OXŞAR XƏBƏRLƏR