Yurd TV: Rauf Arifoğlu: 'Milli Şuranı artıq yox hesab etmək olar' – VİDEO

Yurd TV: Rauf Arifoğlu:
SİYASƏT
16:30 12.09.2013
2078

Seçkilər yaxınlaşdıqca Milli Şura fəallaşmaq əvəzinə, daha da dərin böhrana girir.

Qurumun üzvü olmayan partiyalar və siyasətçilər də Milli Şurada ümidsiz vəziyyətin yarandığı qənaətindədirlər.Milli Şurada təmsil olunmayan Ümid partiyasının sədri İqbal Ağazadə Yurd TV-yə açıqlamasında şuranın hətta öz üzvlərini də ümidsizliyə saldığını deyib:“Milli Şura, sadəcə olaraq, ümidləri doğrultmadı. Bir qrup ümidlərini ciddi şəkildə bağladı o təşkilata və o ümidlər doğrulmadı”.“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Yurd TV-yə açıqlamasında deyib ki, Milli Şuradakı böhrandan çıxış yolu kimi alternativ vahid namizəd variantı seçilsə də, indi Milli Şura adı ilə proseslər həmin namizədin seçki qərargahında cərəyan edir. Qurumun özünü isə yox hesab etmək olar:“Milli Şura formatı isə o dərəcədə ciddi böhran yaşayır ki, onu artıq yox da hesab etmək olar. Yəni Milli Şuranın təsisçilərinin bir-birilərinə ittihamları var, bir-birini xəyanətdə və başqa-başqa əməllərdə suçlayırlar və bütün siyasi birliklərdə bu cür vəziyyət böhranlı vəziyyət sayılır və formatın sıradan çıxması kimi hesab olunur.Bu, mənim şəxsi fikrim deyil, bu, sırf siyasi yanaşmadır, politoloji təhlildir. Bu təhlillər də onu göstərir ki, artıq Milli Şuranın bu ilin əvvəllərindən başlayaraq qurulan və formalaşdırılan formatı yoxdur, işləmir”.Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev isə Milli Şuranın fəaliyyətini Rüstəm İbrahimbəyovun qayıdışı kontekstindən dəyərləndirib:“Rüstəm İbrahimbəyovun özünün Bakıda olması, Milli Şuraya rəhbərlik etməsi və vahid namizədi dəstəkləməsi çox uğurlu bir addım olardı və Milli Şura üzvlərinin əksəriyyəti bu düşüncədədir ki, Rüstəm İbrahimbəyov Azərbaycanda olsaydı, Cəmil Həsənlinin seçki kampaniyası daha uğurla aparıla bilər”.“El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın fəaliyyətində yaranmış böhranın əsas səbəbkarı kimi məhz adıçəkilən hərəkatın göstərilməsi ilə razılaşmır:“Bütün müxalif qüvvələri, demokratik düşərgəni bir araya gətirərək, demokratik düşərgəni demokratik qüvvəyə çevirə bildik. İndi biz oradan niyə ayrılmalıyıq?Heç ayrılmaq fikrimiz də yoxdur... Bəlkə elə bunu istəyirlər... Qoy narahat olmasınlar, “El” hərəkatı Milli Şuradakı fəaliyyətinin bundan sonra daha da artıracaq”.Daha ətraflı Yurd TV-nin bu süjetində:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq