Yurd TV: Yayda bu rayona 10 mindən çox turist gəlib - Video

Yurd TV: Yayda bu rayona 10 mindən çox turist gəlib - Video
Bütün Xəbərlər
12:00 31.08.2013
968

Bu ilin birinci yarısında Azərbaycana 1 milyon 200 minədək turist gəlib.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı ötən illə müqayisədə 9,9% artıb.Onların ən çoxu Rusiya və Gürcüstan vətəndaşlarıdır. Gəzmək üçün Azərbaycana gələnlərin bir çoxu Qax rayonunu görməyə can atırlar, çünki bura ölkənin ən səfalı və qeyri-adi guşələrindəndir. Təkcə yay ayları ərzində 10 mindən artıq yerli və əcnəbi turist Qaxa istirahətə gəlib. Bu gün Qaxda 11 turizm obyekti fəaliyyət göstərir.İndi rayonun turizm potensialını artırmaq üçün konkret görülür.Mövzuyla daha ətraflı Yurd TV-nin aşağıdakı süjetində tanış ola bilərsiniz:

OXŞAR XƏBƏRLƏR