Yuri Qaqarinin ölüm səbəbi araşdırılacaq

Yuri Qaqarinin ölüm səbəbi araşdırılacaq
Bütün Xəbərlər
17:48 27.03.2011
2725

Rusiyalı mütəxəssislərin fikrincə 1968-ci ilin mart ayında təyyarə qəzası nəticəsində dünyasını dəyişən Qaqarinin ölümü sirrli olaraq qalır. Ona görə də alimlər bununla bağlı geniş araşdırmalara başlayacaqlar.

Alimlər, Qaqarinin ölümündə Brejnevin əlinin olduğunu düşünürlər. Onların fikrincə, Soyuq Müharibə illərində ABŞ və Rusiya arasındakı kosmos yarışında Qaqarinin ilk dəfə Vostok 1 adlı kosmos gəmisi ilə reallaşdırdığı səfər onu bütün dünyada məşhur edib. Siyasətlə məşğul olmaq istədiyini deyən Qaqarinin məşhurluğu Brejnevi qorxuya saldığından o kosmonavtı öldürtdürüb.

1986-cı ildə edilən istintaqda Su-11 model təyyarənin qəzaya səbəb olduğu güman edilib. Lakin həmin vaxtdan bu günə qədər ölüm səbəbləri sırasında hava şəraitinin pis olması, quş dəstəsinin və ya toz buludunun Qaqarinə mane olması, pilotun sərxoş olması ehtimalları da səsləndirlir.

Mütəxəssislərin sözlərinə görə, başlanan araşdırmalar müasir texnologiyalar vasitəsilə dəqiq nəticə əldə etməyə və ölüm səbəbini tapmağa imkan verəcək.

OXŞAR XƏBƏRLƏR