Yusuf Məmmədəliyev: "Məqsəd gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır”

Yusuf Məmmədəliyev: "Məqsəd gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır”
GƏNCLİK
15:07 06.10.2017
1843

"Dövlət başçısının gənclər siyasəti və gənclərlə iş sahəsinə, o cümlədən gənclərin asudə vaxtının mənalı və səmərəli təşkil edilməsinə göstərdiyi diqqət və qayğının sayəsində bu sahədə bir sıra uğurlar əldə edilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, gənclər üçün Prezident Mükafatı təsis edilib, "Gənclər ev”ləri istifadəyə verilib”. 

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan gənclərinin ölkədə gedən proseslərdə yaxından iştirak etməsini nəzərə alaraq, növbəti illərdə də vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin dərk edilməsi və dəyərləndirilməsi, gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması mərasimlərinin yüksək səviyyədə keçirilməsi, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması, gənclərin bilikli olmasını və informasiya texnologiyaları mühitində inkişaf etməsini zəruri edir: "Eyni zamanda onların yaradıcılığını, intellektual inkişafını stimullaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək üçün bütün sahələrdə gənc nəslin fəal iştirakına dəstək olmaq məsələsi gündəmə gəlir. Gənclərin dini ekstremizm və separatizm kimi təhlükəli və zərərli təsirlərin altına düşməməsi üçün yeni iş formalarından istifadə etmək qarşıda duran məsələlərdəndir”.

Y.Məmmədəliyev vurğulayıb ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul edilməsində əsas məqsəd ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq və bütün sahələrdə gənclərin fəal iştiakına şərait yaratmaqdır: "Bu istiqamətdə onların yaradıcılıq potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, hərbi idman oyunlarının keyfiyyəti və kütləviliyini artırmaq, gənclər təhsil və məşğulluq məsələləri, o cümlədən Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların keçirilməsinə nail olmaq, müasir texnologiyalardan səmərəli istifadə etmək, gənclər arasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirməkdən ibarətdir. Sözügedən məsələləri həyata keçirmək məqsədilə Dövlət Proqramı üzrə Tədbirlər Planı təsdiq edilib və dövlət qurumlarının adları göstərilməklə icra müddətləri müəyyən olunub.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Dövlət Proqramının icrasının gedişinə nəzarət etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Gənclər və İdman Nazirliyi ilə yanaşı, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinə də tapşırılıb.

O bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi nəzdində dövlət orqanlarının bu sahəyə cavabdeh olan məsul şəxslərindən ibarət əlaqələndirmə şurasının yaradılması məsələsinə də baxılmalıdır: "Bu məsələ tezliklə həllini tapdıqdan sonra Gənclər və İdman Nazirliyi əlaqələndirmə şurası ilə birlikdə şəhər, rayon gənclər və idman idarələri rəislərinin və gənclər təşkilatları sədrlərinin iştirakı ilə Dövlət Proqramına həsr olunmuş toplantılar keçirməli, konkret tədbirlər planı təsdiq etməli və icrasına başlamalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir