​​​​"Yuventus" ardıcıl 5-ci dəfə İtaliya çempionu oldu

İDMAN
03:16 26.04.2016
1203
"Yuventus" klubu ardıcıl 5-ci dəfə İtaliya çempionu olub.
"Report"un məlumatına görə, çempionluq "A" Seriyasının XXXV turunda "Napoli"nin səfərdə "Roma"ya 0:1 hesabı ilə uduzmasından sonra müəyyənləşib.
Sona 3 tur qalmış xallarını 85-ə çatdıran Turin komandası ikinci pillədəki "Napoli"ni 12 xal qabaqlayır. Üçüncü yerdə gedən "Roma"nın isə 71 xalı var.
"Yuventus" tarixində 32-ci dəfə İtaliya çempionu olub və ölkə klubları arasında ən yüksək nailiyyətə imza atıb. Əvvəllər "Qoca Sinyora" 1930 - 1935-ci illərdə də ardıcıl 5 dəfə qızıl medallara yiyələnib.
OXŞAR XƏBƏRLƏR