İtaliya nəhəngi "Yuventus” qapı xəttini gücləndirməyə hazırlaşır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, klub rəhbərliyi Almaniyanın "VfL Wolfsburg” klubunda çıxış edən 27 yaşlı polşalı qapıçı Kamil Grabarının icarəyə götürülməsi ilə bağlı razılıq əldə edib.
Tərəflər arasında razılaşmaya əsasən, müqavilədə futbolçunun 12 milyon avro qarşılığında transfer hüquqlarının tam şəkildə alınmasını nəzərdə tutan satınalma bəndi də yer alacaq.
Grabara yeni mövsümdə "Yuventus”un qapısını qoruyacaq.











































