"Yuventus”un baş direktoru Covanni Karnevali "Beşiktaş”ın serbiyalı hücumçusu Duşan Vlahoviçin komandadan ayrılması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Karnevali "Yuventus”un Vlahoviçə çox önəmli təklif etdiyini, lakin serbiyalı futbolçunun bu təklifi qəbul etmədiyini açıqlayıb:
"Onunla heç vaxt danışmamışam. Gələn kimi ona çox önəmli maliyyə təklifi edildi, amma qəbul etmədi. Mən gənc oyunçuların arxasınca qaçan biri deyiləm. Vlahoviç "Yuventus”a hörmətlə yanaşırdı, amma təklifi qəbul etməyəndə iş bitdi”.











































