Yuxu problemi çəkənlərə fərqli müalicə üsulu

Bütün Xəbərlər
19:36 20.11.2010
4338

Alimlər yuxu problemi çəkən insanlara həkim məsləhətindən daha çox xalq təbabətinə üstünlük verməyi tövsiyyə edirlər. “Vrach.tv” portalının verdiyi məlumata görə, bir çox insan bunun üçün psixoloq və bir sıra ağır müalicələrə özünü hazırlayır. Araşdırma isə xalq təbabəti yolu ilə yuxu problemini aradan qaldırmağın mümkün olduğunu təsdiqləyib.
Araşdırmaya görə, yuxudan əvvəl heç bir həb qəbul etmək lazım deyil. Yatılan otağın havası yatmamışdan öncə dəyişilməlidir. Bir çox mütəxəssis yuxu problemi çəkən insanlara qarın üstə və ya sol böyrəyinin üzərində yatmağı məsləhət görür. Yuxudan öncə isə bir sıra təbii otlardan (iynəyarpaq, ayıdöşəyi, nanə, qızılgülün ləçəkləri) hazırlanmış çayı içmək kifayətdir.

OXŞAR XƏBƏRLƏR