Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçır

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçır
SAĞLAMLIQ
19:20 03.04.2026
503
Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər yuxu pozğunluğuna səbəb olan və çoxumuzun adi hal hesab etdiyi bir detalı açıqlayıblar.

İnsomnia zamanı insan yuxuya getməkdə çətinlik çəkir, gecə boyu tez-tez oyanır və nə qədər yatsa da, səhər özünü gümrah və enerjili hiss etmir. Bu, yuxusuzluğun ən çox rast gəlinən əlamətləridir və uzun müddət davam etdikdə orqanizmdə ciddi fəsadlara yol açır.

Yuxusuzluğun səbəbləri kimi adətən stress, anksiyete (təşviş), depressiya, həddindən artıq kofein və nikotin qəbulunu bilirik. Lakin ən əsas və gizli problem "mavi ekran" faktorudur. Çoxları yatmazdan əvvəl və ya yataqda olarkən elektron cihazlardan (telefon, planşet) istifadə edir. Bu cihazların yaydığı mavi işıq beyinə birbaşa siqnallar göndərərək melatoninin (yuxu hormonu) ifrazını ləngidir və orqanizmə hələ yatmaq vaxtı olmadığını "pıçıldayır".
OXŞAR XƏBƏRLƏR