Zəvvarları Bakıya gətirən avtobus aşıb: 8 nəfər ölüb, 20 nəfər yaralanıb

Bütün Xəbərlər
16:58 23.11.2010
2387


Azərbaycan zəvvarlarını Həcc ziyarətindən vətənə gətirən avtobus Türkiyənin Sivas əyalətində qəzaya uğrayıb. ANS PRESS-in İhlas xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Şarkışla mahalı ərazisində baş verən yol qəzasında 8 adam həlak olub, 20 nəfər yaralanıb. 

Agentliyin yaydığı məlumata görə, Şarkışla magistiral yolunun Dökmətaş kəndi yaxınlığında sürücünün adı hələlik bilinməyən 90 DS 393 dövlət nömrə nişanlı avtobus idarəetməni itirərək aşıb. 

Ümumilikdə avtobusda 32 sərnişin və sürücü heyəti olub. Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS-ə açıqlamasında məlumatı təsdiq edib.

 

OXŞAR XƏBƏRLƏR