Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası, "Mauqli" ləqəbli Zabit Səmədov iki illik fasilədən sonra rinqə qayıdıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, azərbaycanlı kikboksçu Belarusda keçirilən qarşılaşmada "Quduz it" təxəllüslü Nigeriya əsilli Olutobi Ayodeji Kelejaye ilə döyüşüb.
Zabit Səmədov rəqibinə ikinci raundda nokautla qalib gəlib.