Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb

Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
SOSİAL
20:45 14.05.2021
472
Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a bildirilib.
 
Qeyd edilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR