Zabrat yolu açıldı

Zabrat yolu açıldı
Bütün Xəbərlər
11:56 28.08.2012
1120
Bakı-Zabrat yolu əsaslı təmirdən sonra qismən istifadəyə verilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, təmir edilən yolun Sabunçu qovşağından Zabrat dairəsinədək olan 300 metrlik ərazisi də istifadəyə verilib.
Yolun əsaslı təmir aparılan ümumi ərazisi 6,5 km təşkil edib, yol 6 zolaqlıdır.Mürsəliyevin sözlərinə görə, növbəti bir-neçə gündə yolun işarələnməsi və yolun genişləndirilən dörd metrlik ərazidə asfalt örtüyünün son layının salınması işləri yekunlaşacaq."Bu işlər də yaxın günlərdə yekunlaşacaq. Lakin bu gün səhərdən yolun 300 metrlik ərazisi sürücülərin istifadəsi üçün açılıb", - Mürsəliyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR