Zahid Orucla spiker yenə "atışdı": "Deyirsən ki, məhkəmə millətə qarşı qərar çıxarır"

Zahid Orucla spiker yenə "atışdı": "Deyirsən ki, məhkəmə millətə qarşı qərar çıxarır"
SİYASƏT
13:55 31.05.2017
7528
Millət vəkilləri  "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsinə başlayıblar. 

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, çıxış edən deputat Vahid Əhmədov bildirib ki, ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da,  tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur: "ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırdıq. Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur”. 

Deputat Zahid Oruc bildirib ki, milli valyutaya ehtiyatını gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb: "İqtisadiyyatdakı çətinlikləri siyasilər də, dövlət rəhbərliyi də etiraf edir. Burada elə bir qəbahət yoxdur. Çünki bu dünyada gedən tendensiyanın bir nəticəsidir. Devalvasiya prosesinin başlandığı 2015- ci ildən MB-nin valyuta ehtiyatları 71 faiz azalıb, yəni 9,8 milyarda azalıb. Əgər biz maliyyə sabitliyinin bərpasından danışırıqsa, uçot dərəcəsinə baxmalıyıq. Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verdi. Vətəndaş da bu halda etiraz olaraq özünü yandırır. İnsanlar hüquqi müstəvidə özünün müdafiəsinə görmür. Axı ola bilməz ki, 100 min insandan hamısının müraciətinə bankların xeyrinə qərar çıxarılmış olsun. Yoxsulluq faizinin hesablanma metodu ilə bağlı dəyişikliklər də edilməlidir”. 

Spiker Oqtay Əsədov isə Z. Orucun çıxışından sonra növbəti dəfə ona irad tutub: "Sözlərinizdən belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o  da millətə qarşı qərar çıxardıb. Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”. 

Deputat Əli Məsimlinin sözlərinə görə, hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir: "Yəni proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər