Zahid Orucun prezidentliyə namizədliyə qeydə alındı

SİYASƏT
17:40 09.09.2013
1279

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında millət vəkili Zahid Orucun prezidentliyə namizədliyi rəsmi olaraq qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Z.Orucun təqdim etdiyi imza vərəqələri yoxlanılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.Z.Orucun namizədliyinin qeydə alınması üçün 73 seçki dairəsi üzrə 44 min imza toplanıb və onlardan 40 min 272-si etibarlı hesab olunub.Qeyd edək ki, indiyə qədər prezidentliyə 2 nəfərin - İlham Əliyev və İqbal Ağazadənin namizədliyi qeydə alınmışdı.

OXŞAR XƏBƏRLƏR