Zakir Həsənov Azərbaycan ordusuna göstəriş verdi - Hər an hazır olun

Zakir Həsənov Azərbaycan ordusuna göstəriş verdi - Hər an hazır olun
SİYASƏT
15:16 16.06.2023
937
Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.

Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR