Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"

SİYASƏT
13:52 17.09.2019
3087
"Ermənistanın işğalçılıq siyasəti davam edir". 

AZXEBER.COM-un xəbərinə görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib.

Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqları rəsmi Yerevan tərəfindən qəsdən yubadılır.

C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:28 07.07.2020

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO

13:21 07.07.2020

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

13:19 07.07.2020

İldırım 16 yaşlı futbolçunu belə vurdu - VİDEO

13:17 07.07.2020

305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb - RƏSMİ

12:57 07.07.2020

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

12:52 07.07.2020

Bu şəxslərin işləməsinə yenidən icazə verildi - RƏSMİ

12:39 07.07.2020

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

12:32 07.07.2020

Bakı polisi reyd keçirir - FOTO

12:12 07.07.2020

Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

12:11 07.07.2020

Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

11:53 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

11:34 07.07.2020

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

11:24 07.07.2020

Bakıda karantin qaydalarını pozan çay evinin icarədarı 2000 manat cərimələndi - FOTO

11:16 07.07.2020

"Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzov

11:10 07.07.2020

Bəzi icazələr aktivləşdirildi, portalı yenidən yoxlayın

11:07 07.07.2020

Hər bir dərdin dərmanı, çay - Lənkərandan FOTOSESSİYA