Zakir Həsənov İran səfiri ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib

Zakir Həsənov İran səfiri ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib
Bütün Xəbərlər
18:10 10.12.2013
485

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

AZXEBER.COM Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də iştirak edib.

OXŞAR XƏBƏRLƏR