Zakir Həsənov səfirlə görüşdü - FOTO

Zakir Həsənov səfirlə görüşdü - FOTO
Bütün Xəbərlər
16:17 21.01.2015
853
Müdafiə naziri Fransa Respublikasının Azərbaycandakı səfirini qəbul edibAZXEBER.COM-un Müdafiə Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR