Zakir Həsənov Şəmkir korpusuna yeni qərargah rəisi təyin etdi

SİYASƏT
12:06 07.01.2014
3520

Bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənovun əmri ilə Şəmkir korpusunun komandir müavini təyin edilən polkovnik Xəqani Cəbrayılova yeni vəzifə verilib.

AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, müdafiə nazirinin əmri ilə X. Cəbrayılov Şəmkir korpusunun Qərargah rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Xəqani Cəbrayılov keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilmışdı.

Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra onun rütbəsi bərpa olunaraq Şəmkir korpusunun komandir müavini vəzifəsinə təyin edilmişdi.

OXŞAR XƏBƏRLƏR