Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul edib.
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.
Öz növbəsində cənab B.Tadiç ölkələr arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb. Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.