Azərbaycan Respublikasının müdafiə naziri Türkiyənin Jandarma Baş Komandanını qəbul edib.
AZXEBER.COM Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov işçi səfəri ilə ölkəmizdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı, ordu generalı Abdullah Atayı qəbul edib.Z.Həsənov qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq. qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.


