Zakir Həsənovun “Facebook” səhifəsi ilə bağlı rəsmi açıqlama
Bütün Xəbərlər
12:20 29.10.2013
2705
Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun "Facebook"dakı səhifəsi ilə bağlı açıqlama verib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafiə nazirinin adına yaradılmış "Facebook" səhifəsi saxtadır:"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına yaradılmış “Facebook” səhifəsi saxtadır. Cənab nazirin adına heç bir "Facebook" səhifəsi yoxdur".