Zakir Qaralova ağır itki

Zakir Qaralova ağır itki
Bütün Xəbərlər
12:35 07.01.2015
4131
İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov vəfat edib.
Bu barədə Report.az-a onun yaxınları məlumat verib.
Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.
Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.
Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib.
1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.
OXŞAR XƏBƏRLƏR