“Zal İlham Əliyevi alqışlayırdı” - Proxanov

“Zal İlham Əliyevi alqışlayırdı” - Proxanov
SİYASƏT
22:23 06.10.2019
7520
Prezident İlham Əliyevin nitq söylədiyi Soçidəki "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.

Proxanov təəssüratlarını Medi.az ilə bölüşüb: "Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ ətrafında münaqişə ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi. Davam edən hərbi əməliyyatlardan danışdı: onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın "Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi.

A.Proxanov qeyd edib: "Ümumilikdə, söhbət Asiyada "hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.

Agentliyin həmsöhbətinin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: "Zal alqışlayırdı”.

Aleksandr Proxanov bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın "Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb.

O deyib: "Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN –in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi".
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq