Zaqatalada 23 yaşlı gənc özünü asdı

Zaqatalada 23 yaşlı gənc özünü asdı
Bütün Xəbərlər
09:54 12.09.2012
1018
Zaqatala rayonunda intihar hadisəsi baş verib.
Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Göyəm kənd sakini, 1989-cu il təvəllüdlü Qudiyev Asif Abdulla oğlu sentyabrın 11-dən 12-ə keçən gecə özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş altıaçıqda asıb. A. Qudiyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR