Zaqatalada 4 nəfəri güllələyən şəxsin adı açıqlanıb

Zaqatalada 4 nəfəri güllələyən şəxsin adı açıqlanıb
Bütün Xəbərlər
14:37 25.11.2013
1291
Daxili İşlər Nazirliyi Zaqatalada baş verən atışma ilə bağlı məlumat yayıb.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

OXŞAR XƏBƏRLƏR