Zaqatalada 61 yaşlı qadını avtomobil vurub

Zaqatalada 61 yaşlı qadını avtomobil vurub
HADİSƏ
11:00 28.02.2026
163
Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi "Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR