Zaqatalada axtarılan dələduz Bakıda saxlanıldı

Zaqatalada axtarılan dələduz Bakıda saxlanıldı
Bütün Xəbərlər
08:56 28.11.2012
1204
Zaqatala rayon polis şöbəsi tərəfindən 6 aydır axtarışda olan Tağıyev Saleh Zakir oğlu saxlanılıb. Rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid Məmmədovun verdiyi məlumata görə, Saleh Tağiyev Zaqatalada zəlzələ nəticəsində dağılan evlərin inşası üçün rayona mişar daşı gətirən sürücüləri aldadaraq özünü tikinti mühəndisi kimi təqdim edib. Əvvəlcə Bakı şəhərində Sürücülərdən rayonda mişar daşını neçəyə satdıqları ilə maraqlanıb və onlara təklif edib ki, o daha yüksək qiymətə sata bilər.Sürücülərlə birlikdə rayona gedən Saleh Tağıyev onlardan xəbərsiz tikinti işlərini aparan şirkətlərdən birinin iş icraçısına yaxınlaşaraq daha ucuz mişar daşı təklif edib. Şirkət təmsilçisi ilə razılaşdıqdan sora 3 maşın mişar daşını həmin əraziyə boşaltdırıb. Bunun müqabilində isə iş icraçısı Saleh Tağıyevə 3 000 manat pul ödəyib. Sürücülərdən xəbərsiz pulu alan Saleh aradan çıxıb.“Zaqatala rayonunda zəlzələ ilə əlaqədar gedən tikililərlə 3 nəfər ayrı ayrı şəxslərə dələduzluq edərək onları Bakı şəhərindən Zaqatala rayonuna gətirmiş və onların satdıqları daşın pulunu mənimsəyərək, Bakı şəhərinə qaçmışdır. Bnoyabrın 26-da keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində AZ.CM-nin 178.2.4 maddələri ilə təqsirli olduğundan axtarışda olan 28 yaşlı Tağıyev Saleh Zakir oğlu Bakı şəhərində tutularaq Zaqatala polis şöbəsinə gətiriılib” – deyə Rayon polis şöbəsinin əməkdaşı Şahid Məmmədov bildirib.Saxlanılan Saleh Tağıyev isə etdiyi əməlinə haqq qazandıraraq, sürücülərdən birinin ona 450 manat borcu olduğunu deyir. Elə bu işə əl atmasına da bunu səbəb gətirir. O, pulun qalan hissəsini qaytarmağa hazır olduğunu da bildirir. “Elə mən də daş alıb satmışam ordan tanımışam. Peşmançılıq var amma o mənə elədiyinə görə eləmişəm. Pulun qalan hissəsini bayaq dedim verim dedi istəmirəm”.
OXŞAR XƏBƏRLƏR